GƏNCƏ QALASI
GƏNCƏ QALASICavad xanın üzərində vuruşaraq şəhid olduğu qala...


Son Gəncə Qalasının maraqlı yaranma tarixcəsi var.

1588-ci ildə növbəti Osmanlı-Səfəvi savaşlarının birində Osmanlı Sultanı III Muradın əmri ilə Fərhad Paşa Səfəvilərin tabeliyində olan Gəncə üzərinə gedir.

Gəncə 1 sentyabr 1588(9 şəvval 996) tarixində alınır. Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşasına başlanmasına əmr verir (3 sentyabr 1588(11 şəvval 996).



GƏNCƏ QALASIOsmanlı mənbələrimə görə qırx günə 3800 Zira uzunluğunda, 10 Zira yüksəkliyində və 3 Zira qalınlığında qala inşa olunur.

Gəncənin müdafiə səddləri yenidən qurularaq qırx gün içində şəhər ətrafında böyük bir Qala tikildi.


Qısa müddətdə qırx üç qulləli, yeddi dəmir qapılı və İç-Qalasi olan geniş bir qala divarları tikildi və Heydər Mirzə Gəncəyə Bəylərbəyi təyin edildi



GƏNCƏ QALASIBöyük qalanın içində, mərkəzində tikilmiş Böyük qalanın içində, mərkəzində tikilmiş İç-Qala bir birindən aralı hörülmüş iki müdafiə divarıyla əhatələnmişdir.

Düz olmayan altıbucaq şəklində inşa edilmiş İç-Qalanın ümumi uzunluğu təqribən 1387 metr (650 sajın) idi.

İç-Qalanın 6 müdafiə bürcü(qülləsi) və 2 qapısı- Tiflis qapısı və Qarabağ qapısı var idi.

İç Qala iki müdafiə səddi(divarlarıyla) əhatələnmişdir.

Birinci səddın tikintisində əsasən gil-palçıq, çay daşı və arada bir kəmər qismində qırmızı kərpicdən istifadə olunmuşdur.

Lakin bu səddin İç-qalanın giriş qapılarına gedən yolun üstündə olan hissəsi sırf kərpicdən inşa olunmuşdu. Bura gələn yolda su xəndəklərinin üzərində salınmış körpülər də kərpicdən tikilmişdi.





Xarici qala səddindən daha əzəmətli olan İç-Qalanın əsas divarları Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən inşa olunmuşdu.

Altı ədəd möhtəşəm Qala bürcləriylə möhkəmlədilmiş qala divarlarının hündürlüyü təxmini 8-9 metr, qalınlığı isə bəzi yerlərdə 7 metraya qədər idi.

Güclü istehkam şəklində ucaldılmış qala bürclərinin hündürlüyü 9-13 metr təşkil edirdi.





GƏNCƏ QALASIİç-Qalanın bir hissəsini əzəmətli Narınqala tuturdu. Bura sırf Xan ailəsinə mənsub bir ərazi idi.

Narınqalanın da İç-Qala kimi 6 müdafiə bürcü mövcud idi.

Onlardan üçü - Qapı bürcü, Şirəlibəy və Cəfərbəy bürcü həm də İç-Qalanın bürcləri idi.

Narınqalanın digər üç bürcü Cəfərbəy bürcündən başlayaraq qalanın içərisinə doğru gedən Narınqala divarının üzərində ucaldılmışdır.

Narınqalanın yeganə girişinin yanında möhtəşəm bir bürc və yanında Qapı(Qarabağ) qapısında olduğu kimi minarə tipli bir müdafiə qülləsi var idi.

Narınqalanın girişinə çatmamış sağ tərəfdə Xan Hamamı yerləşirdi.

Girişdən sonra yenə də sağ tərəfdə möhtəşəm Xan Məscidi ucalırdı.

Narınqalanın tam mərkəzində əsrarəngiz Xan Sarayı yer almışdı.

Ruslar şəhəri işğal edəndən sonra Gəncənin əyilməzlk və müqavimət rəmzi olan İç-Qalanın divarlarını, bürclərini və daxilində olan tarixi tikililəri yavaş-yavaş sökməyə başladılar...

Və nəhayət 1870-ci illərdə “Avropa-tipli müasir kvartalların” salınması bəhanəsi ilə əzəmətli İç-Qalanı Xan Sarayı, Xan məscidi, Xan hamamı, Zərbxana, Dəyirman, Karvansara və digər möhtəşəm binalarla birlikdə tam olaraq yerlə yeksan etdilər...



Tarixi arxivlərindən əldə etdiyimiz müxtəlif xəritə, plan və sxemlərin köməyi ilə Gəncənin İç-Qalasını vizual da olsa bərpa etməyə müvəffəq olduq(“Layihələr”- bölməsinə baxın)